Azərbaycan, Bakı, 28 avqust /Trend/
Kür çayında batan şəxsin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 27 avqust 2014-cü il tarixində Kür çayının Sabirabad rayonu, Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Etibar Şükür oğlu Nuriyevin axtarışları başa çatıb.
E.Nuriyevin cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.