Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycana gələn İran vətəndaşının əl çantasından narkotik vasitə və psixotrop maddə çıxıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn İran vətəndaşı Şahin Məhəmmədinin əl çantasına gömrük baxışı zamanı oradan təsiredici maddəsinin ümumi miqdarı 0,11 qram təşkil edən metadon və təsiredici maddəsinin ümumi miqdarı 0,013 qram təşkil edən 2 ədəd konvalyutda "Clonazepam 1 mq" adlı dərman preparatı aşkar edilib.
Qeyd edək ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, "Clonazepam 1 mq" adlı dərman preparatı isə Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir.