Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Zaqatalada evdə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın, dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 2007-ci il təvəllüdlü Vaqif Vüqar oğlu Əliyevin meyiti aşkar olunub.
Yanğın saat 15:19-də yanğınsöndürənlər tərəfindən söndürülüb.