...

Şəmkirdə evdə partlayış baş verib, yaralanlar var

Hadisə Materials 22 Sentyabr 2014 13:42 (UTC +04:00)
Şəmkir rayonunun İrmaşlı kəndində evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Şəmkirdə evdə partlayış baş verib, yaralanlar var

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/

Şəmkir rayonunun İrmaşlı kəndində evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 21-də saat 08 radələrində Şəmkir rayonunun İrmaşlı kəndində Ayşən Həmzəyevanın yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Hadisə nəticəsində dağıntı olmayıb. Lakin A.Həmzəyeva və azyaşlı oğlu Səfəralı yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti