...

Türkiyədə sel iki nəfərin ölümünə səbəb olub

Hadisə Materials 25 Sentyabr 2014 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin cənub-şərqində yerləşən Hatay vilayətində baş vermiş sel iki nəfərin ölümünə səbəb olub. Bu barədə Trend cümə axşamı Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər yayıb.

Dörd nəfər itkin düşmüş hesab edilir. Onların axtarışı üçün xüsusi qrup yaradılıb.

Selə vilayətdə artıq bir neçə gündür yağan yağışlar səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti