Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda dələduzluq edən şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nəsimi RPİ 20-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Mikayıl Rəhimov tutulub.
Məlum olub ki, o, Zaqatala rayon sakini Ziyəddin Musayevin etibarından sui-istifadə edərək, 22000 manat alıb və qaytarmayıb.
Bakıda 22 min manatı "yemək" istəyən tutuldu
Bakıda dələduzluq edən şəxs saxlanılıb.