Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda baş verən partlayışlar və hadisələr zamanı ölənlərin sayı artıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildiriblər ki, 2014-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 19 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 hadisə çoxdur.
Partlayışlar zamanı 5 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.
Hadisələrin 5-i çoxmənzilli yaşayış binalarında qeydə alınıb.
Qeyd edək ki, 2013-cü ilin analoji dövründə baş vermiş 17 partlayış nəticəsində 4 nəfər həlak olmuşdu.