Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
BMT-nin Liberiyada ölümcül Ebola virusuna yoluxmuş yüksəkvəzifəli əməkdaşı Almaniyada vəfat edib. Bu barədə səhiyyə orqanlarının əməkdaşları məlumat veriblər. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
Bir az əvvəl xəstənin oktyabrın 9-da Liberiyadan Leypsiqə gətirildiyi, yerli klinikaya yerləşdirildiyi barədə məlumat verilmişdi. Bu müddət ərzində həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirmişdilər.
Qeyd edək ki, bu virus tər, qan, tüpürcək yolu ilə yayılır. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.