...

Bakıda sərnişin hərəkətdə olan avtobusdan yıxılaraq xəsarət alıb

Hadisə Materials 14 Oktyabr 2014 13:25 (UTC +04:00)
Bakı şəhər sakini hərəkətdə olan marşrut avtobusundan yıxılaraq xəsarət alıb.
Bakıda sərnişin hərəkətdə olan avtobusdan yıxılaraq xəsarət alıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini hərəkətdə olan marşrut avtobusundan yıxılaraq xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Eldar Sultanov 25 saylı xətlə hərəkət edən "Daewoo" markalı avtobusdan yıxılıb. E.Sultanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti