...

Gəncədə avtomobil yolun kənarındakı nəqliyyat vasitəsinə çırpılıb

Hadisə Materials 23 Oktyabr 2014 00:46 (UTC +04:00)
Gəncədə yüksək sürətlə idarə olunan avtomobil yolun kənarındakı nəqliyyat vasitəsinə çırpılıb.
Gəncədə avtomobil yolun kənarındakı nəqliyyat vasitəsinə çırpılıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Gəncədə yüksək sürətlə idarə olunan avtomobil yolun kənarındakı nəqliyyat vasitəsinə çırpılıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, ötən gün axşam saatlarında Gəncə şəhəri Nəriman Nərimanov prospekti 134 nömrəli evin qarşısında yol nəqliyyat hadisəsi baş verib. Ağstafa rayon sakini, 31 yaşlı Adil Məmmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə sözügedən prospektlə hərəkətdə olarkən maşını anidən yolun kənarında dayanan Mübariz Yolçuyevə məxsus Mersedesə çırpıb.

Zərbənin təsirindən xəsarət alan olmasada hər iki avtomobil tam yararsız hala düşüb. İlkin ehtimala görə qəzaya sürücünün sürət həddinə məhəl qoymaması səbəb olub.

Dəqiq təfərrüatlar isə avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti