...

Bakıda atılmış körpənin ölüm faktına görə cinayət işi açılıb

Hadisə Materials 23 Oktyabr 2014 14:43 (UTC +04:00)
Bakıda atılmış körpənin ölüm faktına görə cinayət işi açılıb.
Bakıda atılmış körpənin ölüm faktına görə cinayət işi açılıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda atılmış körpənin ölüm faktına görə cinayət işi açılıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 1 saylı körpələr evinin qarşısında yeni doğulmuş qadın cinsli uşaq aşkar olunub. Ona körpələr evində təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən müvafiq tibbi yardım göstərilib. Buna baxmayaraq, körpə orada vəfat edib. Bu fakta görə Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti