Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Bakıda 3 aydan çoxdur itkin düşən şəxs tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də saat 08:00 radələrində itkin düşən, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yaşayan Elnarə Abdullayeva Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə təhvil verilib.