...

İrandan gələn azərbaycanlının ayaqqabısında “narkoanbar” tapılıb

Hadisə Materials 14 Noyabr 2014 12:45 (UTC +04:00)
İrandan gələn Azərbaycan vətəndaşının üzərrində narkotik maddələr aşkar edilib.
İrandan gələn azərbaycanlının ayaqqabısında “narkoanbar” tapılıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

İrandan gələn Azərbaycan vətəndaşının üzərrində narkotik maddələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Həsənov Asəf Məmmədağa oğlu piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən Sərnişin şöbəsində gömrük nəzarətindən keçib. Gömrük əməkdaşları tərəfindən qüvvədə olan gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq, onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun ayağına geydiyi idman ayaqqabısının içliyində, cəmi iki ədəd salafan bağlamalarda, gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 201.27 qram narkotik vasitə heroin, xalis çəkisi 1.719 qram olan psixotrop maddə metamfetamin və bir ədəd əl yükünün içərisindən, 4 ədəd meyvə şirəsi paketlərindən təsiredici maddəsinin miqdarı 0.65 qram olan narkotik vasitə metadon aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti