...

Paytaxtda oğurluq etmiş yevlaxlı qadın tutulub

Hadisə Materials 15 Noyabr 2014 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda mağazadan oğurluq etmiş şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Yevlax şəhər Polis şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da M.Cəlal küçəsində yerləşən mağazadan oğurluqda şübhəli bilinən şəxs tutulub.

Bu, Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü İmarət Nadirova olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti