Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/
Abşeron rayonunda "Mercedes"in iki avtomobillə toqquşması nəticəsində bir nəfər ölüb və bir nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 01 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində Salyan şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Vilayət Vəliyevə məxsus "VAZ-2104" və Sabirabad rayon sakini Teymur Həsənova məxsus "BMW" markalı avtomobillərə vurub.
S.Məmmədov və T.Həsənov xəstəxanaya yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq T.Həsənov orada ölüb, S.Məmmədova isə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Abşeron RPŞ tərəfindən araşdırma aparılır.