Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda məhkum oğlu ilə görüşə gəlmiş atanın üzərində mobil telefon aşkar edilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Balaməmməd Namiq oğlu Məmmədlinin yanına qısamüddətli görüşə gəlmiş atası, Bakı şəhəri, Gəncə prospekti 79, mənzil 36-da qeydiyyatda olan Namiq Balaməmməd oğlu Məmmədlinin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun gödəkşəsinin cibindən 1 ədəd "Nokia C2" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Balaməmməd Məmmədli Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 66.5 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.