...

Azərbaycanda saxta rus rublu dolaşır

Hadisə Materials 9 Dekabr 2014 13:22 (UTC +04:00)
Cəlilabad rayon sakinindən narkotik vasitə və saxta əskinaslar aşkar edilərək götürülüb.
Azərbaycanda saxta rus rublu dolaşır

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

Cəlilabad rayon sakinindən narkotik vasitə və saxta əskinaslar aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Elməddin Məmiyevin Lənkəran şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilib.

Baxış zamanı mənzildən 0,9 qram tiryək, 67 ədəd 500 rublluq saxta əskinas və 1 ədəd avtomobil dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti