...

Şəmkirdə qadını qətlə yetirən şəxslər həm də saxta pul çap edirmiş

Hadisə Materials 11 Dekabr 2014 13:54 (UTC +04:00)
Şəmkir rayonunun Dəllər qəsəbəsində qadını bıçaqla qətlə yetirmiş şəxslər tutulublar.
Şəmkirdə qadını qətlə yetirən şəxslər həm də saxta pul çap edirmiş

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

Şəmkir rayonunun Dəllər qəsəbəsində qadını bıçaqla qətlə yetirmiş şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Babək Hüseynov, habelə qətldə iştirak etmiş digər şəxs - Abşeron rayon sakini Sənan Sadıqov tutulublar.

Babək Hüseynovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 40 ədəd 5 manatlıq saxta əskinas və 1 ədəd "Epson" markalı printer aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti