Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakıda "cip"lə toqquşan VAZ-ın sürücü və sərnişini həlak olub.
Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Qaradağ rayonunda, Bakı-Qazax yolunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində Lənkəran rayon sakini Zahid Əsgərovun idarə etdiyi "Range Rover" markalı və Bakı şəhər sakini Ziyad Allahverdiyevin idarə etdiyi "VAZ-2103" markalı avtomobillər toqquşub.
Nəticədə Ziyad Allahverdiyev və sərnişini Elnur Süleymanov hadisə yerində ölüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.