...

Xəzər dənizində zəlzələ olub

Hadisə Materials 6 Yanvar 2015 10:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildiriblər ki, ilkin məlumatlara əsasən, yerli vaxtla yanvarın 5-də saat 19:31-də mərkəzi Xəzər dənizində, yerin 50 km dərinliyində olmaqla zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,5 bal təşkil edib. Yeraltı təkanlar hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti