Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/
Şirvan sakininin evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən Gülnarə Süleymanova saxlanılıb. Onun yaşadığı şəhərin 20 Yanvar küçəsindəki evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.