...

Çoxmərtəbəli binanın pilləkənlərindən yıxılan Bakı sakini ölüb

Hadisə Materials 13 Yanvar 2015 12:51 (UTC +04:00)
Bakı şəhər sakini çoxmərtəbəli binadan yıxılaraq aldığı xəsarətdən ölüb.
Çoxmərtəbəli binanın pilləkənlərindən yıxılan Bakı sakini ölüb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini çoxmərtəbəli binadan yıxılaraq aldığı xəsarətdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də Bakı şəhər sakini Əli İsmayılov Xırdalan şəhərində yeni tikilmiş 12 mərtəbəli binanın 8-ci mərtəbəsinin pilləkənlərindən 7-ci mərtəbəyə yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Ə.İsmayılov yanvarın 12-də ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti