...

Bakıda 40 yaşlı qadının meyiti tapılıb

Hadisə Materials 13 Yanvar 2015 16:33 (UTC +04:00)
Bakıda mənzildə tək qalmış 40 yaşlı qadının meyiti aşkar edilib.
Bakıda 40 yaşlı qadının meyiti tapılıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda mənzildə tək qalmış 40 yaşlı qadının meyiti aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1975-ci il təvəllüdlü Babayeva Rəna bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

R.Babayevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:55-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti