Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend Anadolu agentliyinə istinadən bildirib.
Məlumatda bildirilir ki, zəlzələ nəticəsində hələlik dağıntı, ölüm və xəsarət halları qeydə alınmayıb.