...

Türkiyədə təxliyə edilənlərin sayı 800-ə yaxınlaşır (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Fevral 2015 20:23 (UTC +04:00)
Türkiyənin Ədirnə vilayətində daşqınlar nəticəsində təxliyə edilənlərin sayı 165 nəfər artaraq 783 nəfərə çatıb.
Türkiyədə təxliyə edilənlərin sayı 800-ə yaxınlaşır (ƏLAVƏ OLUNUB)

Təxliyə edilənlərin sayı ilə bağlı yeni məlumat əlavə olunub (ilk xəbər saat 17:27-də yayılıb)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Ədirnə vilayətində daşqınlar nəticəsində təxliyə edilənlərin sayı 165 nəfər artaraq 783 nəfərə çatıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, güclü yağışlar nəticəsində vilayətin ərazisi ilə axan çaylar məcralarından çıxıb.

Bəzi rayonlarda sakinlərin təxliyəsi davam edir.

Daha əvvəl verilmiş məlumata əsasən, güclü külək səbəbindən Bursa vilayətində 3 nəfər ölüb və 110 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti