...

Metroda oğurluq

Hadisə Materials 7 Fevral 2015 12:19 (UTC +04:00)
Keşmiş məhkum Bakı metrosunda oğurluq edib.
Metroda oğurluq

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İlkin İzzət/

Keşmiş məhkum Bakı metrosunda oğurluq edib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də saat 12:40 radələrində metronun "28 May" stansiyasında Bakı şəhər sakini Afi Aslanovanın cibindən mobil telefonu oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsinin Cinayət axtarış qrupu əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Nəcəfov tutulub.

Qeyd edək ki, R.Nəcəfov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti