...

Avtobus sürüşüb aşdı: 10 ölü

Hadisə Materials 9 Fevral 2015 16:28 (UTC +04:00)
Qazaxıstan Jambıl vilayətində Alma Ata-Astana magistralında sərnişin avtobusu aşıb.
Avtobus sürüşüb aşdı: 10 ölü

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Qazaxıstan Jambıl vilayətində Alma Ata-Astana magistralında sərnişin avtobusu aşıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

İlkin məlumata görə, buz bağlamış yolda Şımkənd istiqamətində hərəkət edən avtobus aşıb. Nəticədə 10 nəfər hadisə yerində həlak olub. Digər sərnişinlərə vaxtında tibbi yardım göstərilib və onlar xəstəxanalara çatdırılıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti