...

Bakıda silahla gəzən astaralı tutulub

Hadisə Materials 10 Fevral 2015 10:59 (UTC +04:00)
Astara sakinindən “modernizə” olunmuş silah götürülüb.
Bakıda silahla gəzən astaralı tutulub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

Astara sakinindən "modernizə" olunmuş silah götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Astara rayon sakini, 1981-ci il təvəllüdlü Samir Kazımovdan nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş, 1952-ci il buraxılışlı, "TOZ-8" markalı ov tüfəngi və 5 ədəd 5,6 kalibirli patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti