Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/
Goranboy rayon sakinləri Bakıda dəm qazından zəhərlənərək ölüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 10-da Goranboy rayon sakinləri Nizami Əliyev və Bayram Əliyev paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.