...

Bakıda həyət evlərindən oğurluq edən dəstə ifşa edildi

Hadisə Materials 17 Fevral 2015 12:04 (UTC +04:00)
Bakıda vətəndaşlara məxsus həyət evlərindən oğurluq edən 4 nəfər tutulub.
Bakıda həyət evlərindən oğurluq edən dəstə ifşa edildi

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda vətəndaşlara məxsus həyət evlərindən oğurluq edən 4 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində ayırı-ayırı vətəndaşlara məxsus həyət evlərindən oğurluq edənlər, Bakı şəhər sakinləri - 1985-ci il təvəllüdlü Asif Şahpələngov, 1992-ci il təvəllüdlü Cəlil Həmidov, 1982-ci il təvəllüdlü İqbal Cəbrayılov və 1988-ci il təvəllüdlü İfrail İsmayılov tutulublar.

Onların digər oğurluq əməlllərində də iştirak edib-etmədiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti