...

"Muravey"i dartan "Muravey" aşdı, sürücü öldü

Hadisə Materials 20 Fevral 2015 13:52 (UTC +04:00)
Astara şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
"Muravey"i dartan "Muravey" aşdı, sürücü öldü

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Astara şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 11 radələrində Astara şəhərində şəhər sakini Akif Mirzəyev idarə etdiyi "Muravey" markalı motosikletlə həmyerlisi Eldəniz İsmayılova məxsus "Muravey" markalı motosikleti yedəkdə təmirə apararkən ip qırıldığından E.İsmayılovun motosikleti aşıb. Nəticədə E.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Astara rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti