...

Balaxanı zibilliyindən odlu silah və sursatlar tapılıb

Hadisə Materials 21 Fevral 2015 13:32 (UTC +04:00)
Bakının Balaxanı qəsəbəsi ərazisindəki zibillikdən silah-sursat tapılıb.
Balaxanı zibilliyindən odlu silah və sursatlar tapılıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İlkin İzzət/

Bakının Balaxanı qəsəbəsi ərazisindəki zibillikdən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən Balaxanı qəsəbəsində yerləşən "Təmiz Şəhər" ASC-yə məxsus ərazidə döyüşə yararsız 2 ədəd pnevmatik tapança, 1 ədəd alışdırıcısız "F-1" qumbarası, 1 ədəd patron darağı və 195 ədəd müxtəlif çaplı patron tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti