...

Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib

Hadisə Materials 6 Mart 2015 10:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib.

Kürdəmir rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 5-də Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yolun kənarında Axtaçı kənd sakini 1994-cü il təvəllüdlü Neman Budaqovun üzərində xəsarətlər olan meyiti aşkar edilib.

İlkin araşdırmalardan sonra qətlin Neman Budaqovun öz həmkəndlisi tərəfindən törədildiyi müəyyən edilib. Belə ki, Axtaçı kənd sakini 1992-ci il təvəllüdlü Toğrul Bağırov şəxsi münasibətlər zəmnində ov tüfəngindən atəş açaraq Neman Budaqovu qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti