Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/
Maştağa sakininin evindən odlu silah və vasitələri aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Süleymanovun Maştağa qəsəbəsindəki evindən "AK-74" markalı silah, 2 patron darağı və 53 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılıb.