...

Biləsuvardakı kafe əxlaqsızlıq yuvası imiş

Hadisə Materials 4 Aprel 2015 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İlkin İzzət/

Biləsuvar sakinlərinin kafedə əxlaqsızlıq yuvası saxlamaları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aranlı kənd sakini Allahverən Alıkişiyev və Cəlil Balakişiyev saxlanılıblar.

Onların rayonun Qızılkənd kəndində özlərinə məxsus kafedə əxlaqsızlıq yuvası saxlamaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti