...

Bakıda avtobus qadını vuraraq öldürdü

Hadisə Materials 6 Aprel 2015 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Bakıxanov qəsəbəsində avtobus piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 5-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi "Daewoo" markalı 113 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Reyhan Nurullayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti