...

Dəmiryol stansiyasında oğurluq

Hadisə Materials 9 Aprel 2015 12:19 (UTC +04:00)
Tovuzda dəmiryol stansiyasından dəmir künclüklər oğurlamış şəxs saxlanılıb.
Dəmiryol stansiyasında oğurluq

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Tovuzda dəmiryol stansiyasından dəmir künclüklər oğurlamış şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Qovlar-Zəyəm dəmir yolu stansiyalarının Tovuz rayonu ərazisindən keçən hissəsindən 19 ədəd dəmir künclük oğurlamış Qovlar şəhər sakini Ruslan Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti