...

Naxçıvanda yenə silah-sursat tapıldı

Hadisə Materials 15 Aprel 2015 15:47 (UTC +04:00)
Babək rayon sakini tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil verib.
Naxçıvanda yenə silah-sursat tapıldı

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/

Naxçıvan Muxtar Respublikası, Babək rayon sakini tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Babək rayonunun Nehrəm kənd sakini İbrahim Sadiqov tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini, 2 ədəd kustar üsulla hazırlanmış tapançanı, 2 ədəd qumbaranı və 174 ədəd müxtəlif çaplı patronu könüllü olaraq RPŞ-yə təhvil verib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti