FHN-in məlumatı əlavə olunub (ilk xəbər saat 17:02-də yayılıb)
Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/
Bakıda güclü yanğın hadisəsi baş verib.
Trend xəbər verir ki, Bakının Yasamal rayonu, Tbilisi prospektində yerləşən yarımtikilidə yanğın baş verib. Nəticədə yaxınlıqda bir neçə ofis və avtomobil yanıb.
Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
X X X
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.
Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.