Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/
Lənkəran şəhər sakinindən 505 qr heroin götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Sayiq İbadullayevdən 505 qram heroin götürülüb.
Qeyd edək ki, Sayiq İbadullayev əvvəllər məhkumluq həyatı yaşayıb.