Azərbaycan, Bakı, 29 aprel /Trend/
Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində yük qatarı qəzaya uğrayıb. Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat veriri ki, stansiyanın daxilində manevretmə prosesi yerinə yetirilərkən vaqonlar relsdən çıxaraq aşıb.
Hadisə ötən gün axşam saatlarında Kürəkçay stasiyasının yaxınlığında baş verib. Hərəkətdə olan qatarın 3 vaqonu relsdən çıxaraq aşıb. Vaqonlar yüksüz olduğundan dağıntı nisbətən az olub. Yalnız dəmir yolu infrastrukturuna qismən ziyan dəyib. Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenitinin texnikası və işçi qüvvəsi dərhal hadisə yerinə səfərbər edilib.
Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında aşmış vaqonlar yığışdırılıb və dəymiş ziyan aradan qaldırılıb. Səhmdar Cəmiyyətdən verilən məlumata görə qəza digər qatarların hərəkətində maneyə yaratmayıb. Hadisəyə gəlincə dəmir yolu rəsmləri bildirirlər ki qəzanın vaqonlarda olan nasazlıq səbəbindən baş verdiyi güman olunur.
Füzuli Kərimov ADDY QSC-nin Qərb Bölgəsi Üzrə Səlahiyyətli nümayəndəsi "Bildyiniz kimi yollarımız hamısı yeni dəyişdirilib. Yəni yolla bağlı elə bir problem nəzərə çarpmır. Hadisə manevretmə zamanı baş veridyindən vaqonlarda nasazlığın olma ehtimalı böyükdür. Araşdırmalardan sonra nəticə məlum olacaq".
Qeyd edək ki bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin müətəxəssisləri hadisə yerinə baxış keçirərək dəqiq səbəbləri müəyən edəcəklər.