...

Yasamalda yaşayış binasında yanğın baş verib

Hadisə Materials 29 Aprel 2015 09:36 (UTC +04:00)
Yasamal rayonunda yaşayış binasında yanğın baş verib.
Yasamalda yaşayış binasında yanğın baş verib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti