Azərbaycan, Bakı, 8 iyun /Trend/
Göldə batan yeniyetmənin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Şabran rayonunda süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 83 km aralı, nəzarətsiz ərazidə) 1999-cu il təvəllüdlü Mövludov Murad Ruslan oğlunun batması haqqında məlumat daxil olub.
M.Mövludovun cəsədi xilasedicilər tərəfindən tapılıb, aidiyyəti üzrə təhvil verilib.