...

Göygöldə dərəyə düşən şəxs xilas olunub

Hadisə Materials 30 İyun 2015 19:05 (UTC +04:00)
Göygöldə dərəyə düşən şəxs xilas olunub.
Göygöldə dərəyə düşən şəxs xilas olunub

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Göygöldə dərəyə düşən şəxs xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Göygöl rayonunda 1 nəfər dərəyə düşüb və orada köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti