...

Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Hadisə Materials 8 İyul 2015 03:57 (UTC +04:00)
Daşkəsəndə qadını vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Daşkəsəndə qadını vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hadisə bu gün gecə saat 1:00 radələrində rayonun mərkəzində baş verib.

Trend-in Kəpəz TV-yə isitinadən verdiyi məlumata görə, yolu keçmək istiyən Daşkəsən rayon Nizami küçəsi ev 18 mənzil 2 ünvanında yaşayan 43 yaşlı Şəlalə Abbasova naməlum avtomovil tərəfindən vurulub.

Yaralı hadisə şahidlərinin köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.

Ona ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağırdır. Hadisə şahidlərinin və qadının sözlərinə görə avtomobil "VAZ 2106" markalı olub.

Artıq faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Polis avtomobili və sürücüsünü axtarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti