...

Lənkəranda bankda saxta pul dəyişmək istəyən qadın saxlanılıb

Hadisə Materials 14 İyul 2015 13:54 (UTC +04:00)
Lənkəran rayon sakini saxta əskinasları dəyişdirmək istəyərkən saxlanılıb.
Lənkəranda bankda saxta pul dəyişmək istəyən qadın saxlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Lənkəran rayon sakini bankda saxta əskinasları dəyişdirmək istəyərkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 13-də "Kapital" bankın Lənkəran rayon filialına gəlmiş Tutapeşdə kənd sakini Zülfiyyə Əliyeva 2 ədəd saxta 50 manatlıq əskinası dəyişdirmək istəyərkən Lənkəran Rayon Mühafizə Şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti