...

Xan qızı 18 yaşlı gənci boğdu

Hadisə Materials 15 İyul 2015 15:12 (UTC +04:00)
Beyləqanda 18 yaşlı gənc su kanalında boğulub.
Xan qızı 18 yaşlı gənci boğdu

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Beyləqanda 18 yaşlı gənc su kanalında boğulub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xan qızı kanalının Beylaqan rayonu, Əmirzeyidli kəndi ərazisindən keçən hissəsində, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralıda, nəzarətsiz ərazidə 1997-ci il təvəllüdlü Əmrah Adəm oğlu Məmmədovun suda batması haqqında məlumat daxil olub.

Ə.Məmmədovun cəsədi batdığı yerdən 15 metr aralıda, "Salyan" dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:53-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti