...

Göygöldə sərxoş sürücü yol polisi əməkdaşına xəsarət yetirib (YENİLƏNİB)

Hadisə Materials 18 İyul 2015 20:50 (UTC +04:00)

Məlumat yenilənib (ilk xəbər saat 20:35-də yayılıb)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Bayramla əlaqədar olaraq Baş Dövlət Yol Polisi əməkdaşları istirahət zonalarında nəzarəti gücləndirib. İdarə əməkdaşlarının Göygöl rayonu ərzasində keçirdiyi reyddə insident qeydə alınıb.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan sürücü və 2 sərnişini xidməti vəzifəsini yerinə yetirən yol partul xidməti əməkdaşı Ağa Məmmədovu daş parçası ilə yaralayıb. Məmmədov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İnsidenti törədən sürücü və sərnişinlər isə hadisə yerindən qaçmağa müvəffəq olublar. Hazırda polis onların tutulması istiqamətində əməliyyat-axtarış təbdirlərini davam etdirir.

Qeyd edək ki, Ağa Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorudur. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

XXX

Yol polisinə xəsarət yetirən sürücünün kimliyi məlum olub.

Göygöl rayonu polis şöbəsindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektoru, çavuş Ağa Məmmədova daşla xəsarət yetirən şəxs - Elşən Abbasov polis tərəfindən saxlanılıb. Onun ağır dərəcəli sərxoş olduğu bildirilir. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti