...

Çində daşqın: 1 milyona yaxın xəsarət alan var

Hadisə Materials 23 İyul 2015 15:38 (UTC +04:00)
Güclü leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində Xunan (Mərkəzi Çin), Fuszyan (Şərqi Çin) və Quandun (Cənubi Çin) vilayətlərində 4 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.
Çində daşqın: 1 milyona yaxın xəsarət alan var

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Güclü leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində Xunan (Mərkəzi Çin), Fuszyan (Şərqi Çin) və Quandun (Cənubi Çin) vilayətlərində 4 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Mərkəzi Çin televiziyası xəbər verir ki, təbii fəlakət nəticəsində ümumilikdə 917,2 min insan xəsarət alıb, 151,4 min nəfər isə təxliyə edilib.

Daşqınlar 3,2 min evin dağılmasına səbəb olub, 19,8 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Yerli hakimiyyət orqanları torpaq sürüşməsi, həmçinin torpaq və su anbarlarındakı bəndlərin dağılma təhlükəsi barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti