...

Sumqayıtda qaz balonu partlayıb, bir nəfər yanıq xəsarəti alıb

Hadisə Materials 28 İyul 2015 22:36 (UTC +04:00)
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan yeməkxanada 5 litrlik qaz balonunda partlayış baş verib.
Sumqayıtda qaz balonu partlayıb, bir nəfər yanıq xəsarəti alıb

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan yeməkxanada 5 litrlik qaz balonunda partlayış baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə mətbəxin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Yanğın nəticəsində 1 nəfər xəsarət alıb.

Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti